Ana Sayfa > Karusel / Araşdırma > Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb


17-01-2018, 16:31. Yazar: Xeberaz

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 80 731 nəfər və ya 0,8% artaraq 2017-ci il dekabr ayının 1-i vəziyyətinə 9 890 712 nəfərə çatıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 53%-i şəhər, 47%-i kənd sakinləridir, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
 
Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 132002 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2374-ü əkiz, 54-si üçəm doğulanlardır.
 
Ötən ilin yanvar-noyabr aylarında ölkədə 52 318 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
 
Ötən ilin 11 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 57177 nikah və 13345 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.
 
Ötən ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2751 nəfər Azərbaycana gələn, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.



Geri dön