Ana Sayfa > Karusel / Şou-Biznes > Müşviq danışdı-"Coşqunun 7 saat əməliyyatda qalmasının səbəbi.."

Müşviq danışdı-"Coşqunun 7 saat əməliyyatda qalmasının səbəbi.."


17-01-2018, 16:26. Yazar: Xeberaz
Müşviq "Bu şəhərdə"nin aktyorlarının əməliyyatından danışdı
Xəbər verdiyimiz kimi, “Bu şəhərdə"nin aktyorları, əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov əməliyyat olunub.
C.Rəhimovun rinoplastika etdirdiyi bildirilib. Ssenarist Müşviq Abbasov aktyorun 7 saat əməliyyatda qalmasının səbəbini açıqlayıb:
“Coşqun burnundakı çəpər əyriliyini əməliyyat etdirirdi. Əməliyyat zamanı müəyyən olunub ki, burnunda polip və kista var. Ona görə də proses 7 saat çəkib və onlar təmizlənib”.
Ssenarist Rafaelin də səhhətindən danışıb:
“Rafael əməliyyat olunmayıb. Sadəcə endoskopik müayinə edilib. Loru dildə desək, zond udub. Ciddi bir problem yoxdur”.
Geri dön