Ana Sayfa > Karusel / Hadisə > Bakıda “Oba” marketin müdirini bıçaqladılar

Bakıda “Oba” marketin müdirini bıçaqladılar


17-01-2018, 12:59. Yazar: Xeberaz

Bakıda axtarışda olan şəxs tutulub.Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Oba” marketdən ərzaq məhsullarını oğurlamağa cəhd edən Lənkəran sakini, 1981-cı il təvəllüdlü Sadıqov Emil Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 15-ci Polis Bölməsində aparılan araşdırma zamanı onun E.Mehdiyev küçəsində yerləşən “Oba” marketin müdiri F.Ələkbərova bıçaqla xəsarət yetirdiyi və buna görə Sabunçu RPİ-nin 12-ci PB tərəfindən axtarışda olduğu müəyyən edilib.
Geri dön