Ana Sayfa > Karusel / Gündəm > İtkin düşən alpinistlərin axtarışlarına türkiyəli mütəxəssislər cəlb olundu

İtkin düşən alpinistlərin axtarışlarına türkiyəli mütəxəssislər cəlb olundu


16-01-2018, 17:06. Yazar: Xeberaz

İtkin düşən alpinistlərin axtarışlarına türkiyəli mütəxəssislər cəlb olundu

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
Bu barədə "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.
Onun sözlərinə görə, alpinistlərin axtarışları üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: "Hazırda ərazidə hava şəraiti də pisdir. Hələlik axtarışlar nəticə vermir".
Z.Qasımlı özəl olaraq Trend-ə bildirib ki, axtarışlar aparmaq üçün Türkiyədən iki mütəxəssis gətirilib: "Xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislər axtarış aparmaq üçün artıq Azərbaycandadırlar və axtarışlara qoşulublar".
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. (trend)
Geri dön