Ana Sayfa > Karusel / Hadisə > Bakıda dilənçi qadını evakuator vurdu

Bakıda dilənçi qadını evakuator vurdu


16-01-2018, 10:24. Yazar: Xeberaz

Bakının Nərimanov rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Abdullayeva Ruhiyyə dilənçiliklə məşğul olan zaman onu yüksək sürətlə hərəkət edən “188” evakuasiya xidmətinə məxsus “İsuzu” markalı avtomobil vurub. Qadın hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.
Araşdırma aparılır.
Geri dön