Ana Sayfa > Karusel / Hadisə > Avtomobil dərəyə aşdı, 5 nəfər xəsarət aldı-LERİKDƏ

Avtomobil dərəyə aşdı, 5 nəfər xəsarət aldı-LERİKDƏ


16-01-2018, 10:10. Yazar: Xeberaz

Lənkəran-Lerik yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Lerik rayonunun Hamarmeşə kəndində rayonun Nodar kənd sakini Teymur Norxan oğlu Zərbiyev hərəkətdə olan avtomobilinin sükanı arxasında yuxulayıb. Avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.
 
Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bunlar Lerik rayon sakinləri - 1953-cü il təvəllüdlü Norxan Bəhlul oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Teymur Norxan oğlu Zərbiyev, 1959-cu il təvəllüdlü Aygün Məmmədhüseyn qızı Kişiyeva, 1986-cı il təvəllüdlü Adoğlan İbadət oğlu Əliyev və 1977-ci il təvəllüdlü Şəhla Ənvər qızı Zərbiyevadır.
 
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Geri dön