Ana Sayfa > Karusel / İdman / Xəbəraz TV > “Liverpul”-“Mançester Siti”ni məğlub etdi– Video

“Liverpul”-“Mançester Siti”ni məğlub etdi– Video


15-01-2018, 09:57. Yazar: Xeberaz

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Liverpul” komandası doğma “Anfield Road”da lider “Mançester Siti”ni qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada yeddi qol vurulub.
Hesabı 9-cu dəqiqədə Aleks Oksleyd-Çemberleyn açıb. 40-cı dəqiqədə Leroy Sane qonaqların bərabərlik qolunu vurub.
İkinci hissəyə daha fəal başlayan “mersesaydlılar” 59, 61 və 68-ci dəqiqələrdə müvafiq olaraq Firminyo, Mane və Salahın qolları ilə hesabda üç top önə keçiblər.
Oyunun sonlarında Mançester təmsilçisi bu qollardan ikisinin əvəzini çıxıb. Bernardo Silva 84-cü dəqiqədə adını tabloya yazdırıb. Hakimin əlavə etdiyi dəqiqələrdə isə İlkay Gündoğan fərqi minimuma endirib. Lakin Pep Quardiolanın yetirmələrinin bundan artığına gücü çatmayıb.
23 turdan sonra “Mançester Siti” 62 xalla vahid liderdir. “Liverpul” isə 47 xalla üçüncü pillədə qərarlaşıb.

Geri dön