Ana Sayfa > Karusel / Gündəm > FHN: Alpinistlərin axtarışları mürəkkəb relyefli dağ massivində aparılır

FHN: Alpinistlərin axtarışları mürəkkəb relyefli dağ massivində aparılır


13-01-2018, 12:39. Yazar: Xeberaz

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam edib.
 
Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak ediblər.
 
Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.
 
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.
 
Əlavə məlumat veriləcək.
Geri dön