Ana Sayfa > Karusel / İdman > Messi ən yaxşı bombardirlər siyahısında

Messi ən yaxşı bombardirlər siyahısında


12-01-2018, 11:48. Yazar: Xeberaz

"Barselona"nın futbolçusu Lionel Messi İspaniya kuboku tarixinin ən yaxşı 10 bombardiri siyahısına daxil olub.
Kubokun 1/8 finalında "Selta"ya qarşı cavab  matçında (5:0) dubla imza atan argentinalı hücumçu bu turnirdə vurduğu qolların sayını 46-ya yüksəldib. Bununla da o, bombardirlər siyahısında 10-cu pilləyə yüksəlib.
Qeyd edək ki, bu göstəricidə ilk pillədə Telmo Sarra (81 qol) qərarlaşıb.
Geri dön