Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Betonqarışdıran maşın avtobusa çırpıldı: YARALILAR VAR - ADLAR

Betonqarışdıran maşın avtobusa çırpıldı: YARALILAR VAR - ADLAR


11-01-2018, 19:10. Yazar: Xeberaz

Bakıda sərnişin avtobusunun betonqarışdıran maşınla toqquşması nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.
Xəbəraz.Az bildirir ki, bu barədə trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib. Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı döş qəfəsi və sol ayağının əziyi, 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğlu isə sol əlin ön hissəsinin kəsiyi, üz və boyun nayihələrinin əziyi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, hadisə Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.
Avtobus sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşınla toqquşub.



Geri dön