Ana Sayfa > Karusel / Gündəm > Metroda intihar edən gəncin yayılan VİDEOsu saxta çıxdı

Metroda intihar edən gəncin yayılan VİDEOsu saxta çıxdı


11-01-2018, 11:05. Yazar: Xeberaz

"Ulduz" metrostansiyasında intihar edən gəncin yayılan videosu saxta çıxıb.
Bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. O bildirib ki, yayılan video həqiqəti əks etdirmir:
"Gözəl yurdumun gözəl insanları, saytların guya 8 yanvar tarixində "Ulduz" stansiyasında intihar hadisəsinin yayımladıqları videosu saxtadır. O günkü marşrutun nömrəsi 15 idi və həmin xətt üzrə kondisionerli dediyimiz yeni qatar hərəkət edirdi. Videodakı isə köhnə qatarlardandır".
Onu da xatırladaq ki, 8 yanvar tarixində axşam saatlarında metroda intihar hadisəsi baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu "Ulduz" stansiyasına daxil olarkən özünü qatarın altına atıb.
Geri dön