Ana Sayfa > Karusel / Gündəm > Bu marşrut avtobusunun hərəkət istiqaməti dəyişdi

Bu marşrut avtobusunun hərəkət istiqaməti dəyişdi


10-01-2018, 11:47. Yazar: Xeberaz

Bu marşrut avtobusunun hərəkət istiqaməti dəyişdi

6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.
Dəyişiklik edilməsinə səbəb qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.
Agentlikdən bildirilib ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.
Geri dön