Ana Sayfa > Karusel / Gündəm > Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat etdi

Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat etdi


10-01-2018, 11:33. Yazar: Xeberaz

Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış yazıçı və tərcüməçi Tektaş Ağaoğlu vəfat edib.
T.Ağaoğlu yanvarın 9-da 84 yaşında İstanbuldakı klinikalardan birində dünyasını dəyişib. 
Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. Oxsford Universitetinin hüquq fakültəsini bitirib. Dostoyevskinin, Şoloxovun, Remarkın əsərlərini türkcəyə tərcümə edib. 1973-cü ildə Marks və Engelesin əsərlərini tərcümə etdiyinə görə həbsdə yatıb. 
1980-ci illərdə bir müddət İsveçrədə yaşamağa məcbur olub. Türkiyənin məşhur qəzet və jurnallarında müxtəlif vəzifələrdə çalışan T.Ağaoğlu bir müddət BBC radiosunun redaktoru olub. 
Geri dön