Ana Sayfa > Karusel / Gündəm / M2 > Yalnız bu şirkətlərin “Halal” sertifikatı qanunidir - Siyahı

Yalnız bu şirkətlərin “Halal” sertifikatı qanunidir - Siyahı


8-01-2018, 12:01. Yazar: Xeberaz


Başqa ölkələrdən “Halal” loqosu ilə Azərbaycana mal idxal olunur və Azərbaycanda olan, dövlət tərəfindən tanınmayan bəzi qurumlar da pul müqabilində “Halal” sertifikatı verirlər.
Bu barədə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O, Azərbaycanda “AzeSERT HALAL” Sertifikatlaşdırma Orqanından “Halal” sertifikatını qanuni yolla almış müəssisələrin siyahısını açıqlayıb:
1.“Səhliyalı” kiçik müəssisəsi. Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, küçə 18/190
2. Hakan Foods Azərbaycan Trading Co. Ltd MMC. Bakı şəhəri, Babək prospekti 53a.
3. QafqazKonservZavodu MMC.
Bakı-xaçmaz şossesi 157-ci km.
4. AZ Protein Foods Group MMC. Bakışəhəri, Xəzər rayonu, Buzovna qəs. H.Saqib 60.
5. “M & T LTD” Firması. Bakı şəhəri, Nəsimi ray, A.Mustafayev küç 3014.
6. Zəhmət-Ruzi MMC. Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev küç.
7. Səba ASC. Şabran rayonu, Şabran şəhəri M.Ə.Rəsulzadə küç. 35.
8. Fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus “Ovqat” müəssisəsi. Bakı şəhəri, Xətai rayonu Əhmədli qəs. 2245.
9. AL-SANA MMC. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs. Sabir küç. 8a.
10. “Orxan-SS” İKF. Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi 2b.
Geri dön