Ana Sayfa > Karusel / İdman > Cenk Tosunun Evertona keçidi rəsmiləşdi-FOTO

Cenk Tosunun Evertona keçidi rəsmiləşdi-FOTO


6-01-2018, 12:35. Yazar: Xeberaz


Futbol üzrə Türkiyə millisinin hücumçusu Cenk Tosunun İngiltərə Premyer Liqa təmsilçisi “Everton”a keçidi rəsmiləşib.
Dünən Liverpul təmsilçisi rəsmi saytı vasitəsilə Cenkin keçidinin rəsmiləşdiyini açıqlayıb. Almaniya doğumlu, 26 yaşlı futbolçu ilə 4,5 illik müqavilə bağlanılıb. Onun keçidi “Everton”a 27 milyon funta başa gəlib.

“Everton”un baş məşqçisi Sem Elerdays da onun keçidi ilə bağlı danışıb:
“O, Türkiyənin “bir” nömrəli hücumçusudur. Çempionlar Liqasında və Türkiyə çempionatında çoxlu qollar vurub. Qiymət baxımından bu hazırda Avropada ən yaxşısıdır. Bizim çox axtarış etmək vaxtımız yox idi. Oyunçunun istedadına və qol vurmaq bacarığına baxdıq. O, iki ayağı ilə də oynaya bilir, hava toplarında və cərimə meydançası daxilində effektlidir”.



Geri dön