Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > "İlk dəfə 4 yaşımda öpüşmüşəm" - Faiq Ağayev

"İlk dəfə 4 yaşımda öpüşmüşəm" - Faiq Ağayev


5-01-2018, 16:01. Yazar: Xeberaz


Xalq artisti Faiq Ağayev “Klip+” verilişinə maraqlı açıqlamalar verib.
Müğənni aparıcının “Kliplərində intim səhnələr olan Faiq Ağayev həyatının intimindən danışmağı sevir? İlk öpüşünüzü xatırlayırsınız” sualına belə cavab verib:
“Hər zaman ancaq sənətdən danışıram. Ev, ailə, şəxsi həyat mənə aiddir. Bu barədə Azərbaycanda danışmaq düzgün deyil. Evdəkilər deyir ki, 4 yaşımda qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim. Məndən əvvəl onu aldılar, indi gözəl ailəsi var. 

Qıza görə burnumu sındırıblar. Elə əməliyyat etdirməyimin də səbəbi o idi. Sinif yoldaşımın qohumları Kanadadan ona qolbağ göndərmişdi. Qızla eyni partada otururduq, səmimi idik. Qolbağını mənim qoluma taxmışdı. Bir gün dərsdən sonra o qızı istəyən başqa sinif yoldaşımla dava etdik. O mənim burnumu, mən onun çənəsini sındırdım”.

Geri dön