Ana Sayfa > Karusel / Hadisə > Ana qeysəriyyə əməliyyatından öldü,körpəsi sağ qaldı-Gəncədə

Ana qeysəriyyə əməliyyatından öldü,körpəsi sağ qaldı-Gəncədə


5-01-2018, 15:30. Yazar: Xeberaz

Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb.
 
Hadisə şəhərdə olan özəl xəstəxanaların birində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.
 
Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Geri dön