Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Qobustanda FACİƏ-azyaşlı bacı-qardaş yanaraq ölüb

Qobustanda FACİƏ-azyaşlı bacı-qardaş yanaraq ölüb


4-01-2018, 15:33. Yazar: Xeberaz

Qobustan rayonu, Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
 
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-cı il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkarlanıb. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.   
Geri dön