Ana Sayfa > Karusel / Hadisə > Mingəçevirdə yataqxanada yanğın olub, 7 nəfər xilas, 17 nəfər təxliyə edilib

Mingəçevirdə yataqxanada yanğın olub, 7 nəfər xilas, 17 nəfər təxliyə edilib


4-01-2018, 10:21. Yazar: Xeberaz


Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
 
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 
***
 
03:30
 
Mingəçevirdə yataqxanada yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb edilib.
 
İlkin məlumata əsasən, hadisə nəticəsində bina sakinləri təxliyə olunublar, tüstüdən zəhərlənənlər var.  Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.




Geri dön