Ana Sayfa > Karusel / İdman > “Dinamo”nun müdafiəçisi "Qarabağ"ın hədəfində

“Dinamo”nun müdafiəçisi "Qarabağ"ın hədəfində


3-01-2018, 12:55. Yazar: Xeberaz

Buxarest “Dinamo”sunun müdafiəçisi Steliano Filipin danışıq apardığı Azərbaycan klubunun adı bəlli olub. Apasport.az saytı Rumıniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını “Qarabağ”da davam etdirə bilər.
 
“Dinamo” rəhbərliyi hələ bir müddət öncə Filipi 400 min avroluq təzminat haqqı qarşılığında başqa kluba buraxmağa razı olduğunu açıqlamışdı. Buxarestlilər müdafiənin sol cinahında oynayan Filipin məvacibinin yüksək olmasından narazıdılar.
 
Azərbaycan, Türkiyə və İtaliyanın II liqasından təklif aldığı bildirilən futbolçunun ölkəmizə köçmək şansı daha yüksək dəyərləndirilir. "Qarabağ" azarkeşləri sosial şəbəkədə Filipə mesaj göndərərək, onun Ağdam klubu ilə müqavilə imzalamasını istəyiblər.   
 
 
Qeyd edək ki, 2012-ci ildən “Dinamo”nun şərəfini qoruyan Steliano Filip 2015-ci ildən bəri Rumıniya millisinin heyətində 7 oyun keçirib.


Geri dön