Ana Sayfa > Karusel / Hadisə > Samuxda DƏHŞƏTLİ QƏZA: 2 ölü, 2 yaralı - ADLAR

Samuxda DƏHŞƏTLİ QƏZA: 2 ölü, 2 yaralı - ADLAR


3-01-2018, 12:28. Yazar: Xeberaz


Samuxda ağır yol nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.
Bunlar Samux rayon sakini, 32 yaşlı Tural Ənnağı oğlu Məmmədov, onun həmyerlisi və həmyaşıdı Ruslan Xaliq oğlu Nəsibovdur.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən ağır yaralanan Zaur Zirəddin oğlu Məmmədovdur. Digər yaralı, "QAZel" markalı sərnişin mikroavtobusun sürücüsü Samux rayon Sərkər kənd sakini, 38 yaşlı Müslüm İsmayıl oğlu İsmayılov yaxınları tərəfindən Gəncədəki özəl xəstəxanaların birinə aparılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində başqa yaralananlarda olub.
Geri dön