Ana Sayfa > Karusel / Gündəm / M2 / Fotogalereya > Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcək

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcək


3-07-2015, 15:51. Yazar: Xeberaz
Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcək
TQDK məlumat yaydı.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il iyulun 7-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.

Xeberaz.az TQDK-istinadən xəbər verir ki məlumata görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 - də başlanacaq.

Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2015-ci il aprelin 26-da keçirilib. Həmin imtahanda 7873 abituriyent iştirak edib, onlardan 6631 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb.

Qeyd edək ki, imtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 142 nəzarətçi müəllim ayrılıb.
Geri dön