Ana Sayfa > Karusel / Hadisə > Mal-qara otaran azyaşlı çayda boğulub

Mal-qara otaran azyaşlı çayda boğulub


2-01-2018, 16:39. Yazar: Xeberaz


Hacıqabul rayonunda mal-qara otaran azyaşlı çaya yıxılaraq boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 1-də Hacıqabul rayonunun Birinci Paşalı kənd sakini, azyaşlı Xəyyam Teymurov Pirsaat çayının sahilində mal-qara otararkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub.
X.Teymurovun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır. 
Geri dön