Ana Sayfa > Karusel / Hadisə / Dünya > Benzinin qiyməti ikiqat qalxdı

Benzinin qiyməti ikiqat qalxdı


2-01-2018, 12:44. Yazar: Xeberaz

Səudiyyə Ərəbistanında gecə saatlarında xəbərdarlıqsız benzinin qiyməti iki dəfədən çox bahalaşıb.
Yüksək keyfiyyətli benzinin bir litrinin qiyməti 24 sentdən 54-ə qədər, aşağı keyfiyyətli yanacağın qiyməti isə 83% - 20 sentdən 36,5 sentə qədər artıb. 
Bununla belə Səudiyyə Ərəbistanı dünyada benzinin ən ucuz satıldığı ölkələrdən biri olaraq qalır. Dizel yanacağı və kerosinin qiyməti dəyişməyib.
Bundan əlavə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Fars körfəzi ölkələri arasında ilk dəfə əlavə dəyər vergisi (ƏDV) tətbiq ediblər.
Geri dön