Ana Sayfa > Karusel / İdman > “Liverpul”un müdafiəçisi həbs oluna bilər

“Liverpul”un müdafiəçisi həbs oluna bilər


2-01-2018, 12:30. Yazar: Xeberaz


“Liverpul”un müdafiəçisi Deyan Lovren həbs edilə bilər.
 
APA-nın məlumatına görə, bu barədə məlumatı Böyük Britaniyanın  “Sun” nəşri yayıb.
 
Məlumatda bildirilib ki, Xorvatiya millisinin üzvünün 2010-cu ildə Zaqreb “Dinamo”sundan “Lion”a transferi zamanı qanunsuzluq aşkarlanıb. Belə ki, bu keçid zamanı korrupsiya faktlarının olması ilə bağlı iddia araşdırılır. Bu, 14 milyon funt-sterlinq məbləğində pulu mənimsədiyi üçün həbs olunan “Dinamo”nun keçmiş prezidenti Zdravko Mamiçin işinin bir hissəsi hesab edilir.
 
Lovren isə məhkəmədə yalan ifadə verməkdə ittiham olunur. Bu səbəbdən 29 yaşlı müdafiəçini 5 ilə qədər həbs cəzası gözləyir.



Geri dön