Ana Sayfa > Karusel / Dünya > İranda etiraz aksiyaları üç gündür davam edir

İranda etiraz aksiyaları üç gündür davam edir


31-12-2017, 12:33. Yazar: Xeberaz
İranda artıq üçüncü gündür etiraz aksiyaları davam edir.
 
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.
 
Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.
 
KİV-in məlumatına görə, iki nümayişçi güllələnib.
Geri dön