Ana Sayfa > Karusel / Gündəm > Yeni il bayramında hava necə olacaq?
Yeni il bayramında hava necə olacaq?30-12-2017, 14:36. Yazar: Xeberaz |
Azərbaycanda bazar gününə, dekabrın 31-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. Geri dön |