Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Alpinistləri 3 qrup axtarır - Fotolar

Alpinistləri 3 qrup axtarır - Fotolar


28-12-2017, 15:31. Yazar: Xeberaz

Alpinistləri 3 qrup axtarır

“Hazırda itən dağçıları əsas 3 qrup axtarır”. 
Bu barədə məlumatı hazırda könüllü şəkildə Şahyaylaqda olan alpinist Toğrul Cəfərov sosial şəbəkədə yayıb. 
O bildirib ki, axtarış tədbirləri ilə əlaqədar olaraq bu gün Şahyaylaqda qərargah qurulub: “Axtarışa FHN-in xüsusi xilas etmə qrupu da qoşulub. Ümumilikdə, 3 qrup - alpinistlər, FHN-xüsusi xilasetmə və Xınalıqlı bir qrup axtarır. Bundan başqa, köməkçi dəstə ilə qərargah məntəqəsində axtarışların gedişatı izlənilir.
Hava şəraiti yaxşıdır. Yüngül külək var”.




Geri dön