Ana Sayfa > Karusel / İdman > Futbol tarixinin ən bahalı müdafiəçisi oldu - FOTO

Futbol tarixinin ən bahalı müdafiəçisi oldu - FOTO


28-12-2017, 13:03. Yazar: Xeberaz

“Sauthempton”un müdafiəçisi Vircil van Diykin yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, hollandiyalı futbolçu yanvardan “Liverpul”un formasını geyinəcək.
 
“Qırmızılar” bu keçidi rəsmi saytları vasitəsilə artıq bəyan ediblər. Transfer “Sauthempton”a 75 milyon funt-sterlinq qazandıracaq. Bununla futbol tarixinin ən bahalı müdafiəçisinə çevrilən van Diyk yeni komandasında 4 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Vircil van Diyk “Sauthempton”a 2015-ci ildə “Seltik”dən keçib.


Geri dön