Ana Sayfa > Karusel / Dünya / Maraqlı / M2 > Türkiyədə “anam-bacım” deyib boşanacaqlar

Türkiyədə “anam-bacım” deyib boşanacaqlar


27-12-2017, 10:26. Yazar: Xeberaz

Türkiyədə ailə başçısı öz arvadını bacı və ya ana adlandırmaqla, ondan boşana biləcək.
Bu barədə Türkiyənin dini məsələlər üzrə idarəsinin (dəyanət) yaydığı fitvada bildirilir.
“Lakin bu, ər-arvadın ilk boşanmasıdırsa, yenidən kəbin kəsdirə bilərlər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Türkiyənin dini məsələlər üzrə idarəsinin bir müddət öncə verdiyi kəbinin pozulması haqqında fitvaya görə, ar-ərvad telefonla, faksla və ya elektron məktubla boşana bilərlər. Bunun üçün kişi üç dəfə “boşayıram” (talaq - şəriətə görə boşanma) deməlidir.
Lakin qadın ismarıcın əri tərəfindən yollandığından əmin olmalıdır.
Geri dön