Ana Sayfa > Karusel / Gündəm > Bakıda məscidin işıqları kəsildi - 24 min manat borc

Bakıda məscidin işıqları kəsildi - 24 min manat borc


26-12-2017, 09:29. Yazar: Xeberaz

Abşeron rayonunun Novxanı kəndində yerləşən "Hacı Səfərəli" məscidinin işıqları kəsilib. 

Bu barədə prodüsser Tarix Əliyev (Tolik) məlumat verib. Bildirilir ki, 24 min manata işıq borcuna görə məscidə enerji verilişi dayanıb və artıq 1 həftədir ki, məsciddə azan səsi gəlmir. Qeyd olunur ki, ilkin olaraq 5 min manat ödəniləcəyi təqdirdə məscidə enerji verilişi bərpa ediləcək. 

Qeyd edək ki, bu məscid hicri tarixi ilə 1324-cü ildə tikilib. Əvvəllər o, iki hissədən ibarət olub. Kiçik hissəni hacı Səfərəli 113 il bundan əvvəl tikdirmişdi. Elə məscid də onun xatirəsinə adlandırılıb.


Geri dön