Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > 70 yaşlı azərbaycanlı diktor gəlinlik geyindi

70 yaşlı azərbaycanlı diktor gəlinlik geyindi


25-12-2017, 15:46. Yazar: Xeberaz
70 yaşlı azərbaycanlı diktor gəlinlik geyindi
ARB TV-nin “Səhər-səhər” proqramının növbəti buraxılışında maraqlı hadisə yaşanıb.
70 yaşlı diktor Xalidə Əhmədovanın doğum günündə ona sürpriz edilərək, efirdə toy çalınıb.
Toyun aparıcığılığını müğənni Elçin Hüseynov, xınayaxma mərasimini isə əməkdar artist Naibə Allahverdiyeva edib.
Ürək sözlərini bölüşən diktor, ailə həyatından danışıb:
“Mən Davud müəllimlə evlənəndə gəlinlik geyinməmişəm. Bu imkanlar bizim üçün olmayıb, o məni qaçırıb. Nə onun atası, anası, nə də mənim atam və anam bizim üçün heç nə etməyiblər. O mənə dedi ki, 50 illiyimizdə sənə toy edəcəm. İndi buna ömür vəfa etmədi. Mən Davudun yerinə bu gün nəvəm Onuru gətirdim. Amma o da bunu qəbul edə bilmədi”.

Geri dön