Ana Sayfa > Karusel / Səhiyyə / Maraqlı / M2 > Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqland

Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqland


3-07-2015, 12:43. Yazar: Kenan
Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqland

Ötən il Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqlanıb.


Xeberaz.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ildə bu xəstəlikdən 372 nəfər dünyasını dəyişib.

Komitədən verilən məlumata görə, bu göstərici əhalinin hər 100 000 nəfərindən 4-nün vərəmə yoluxması deməkdir.

Əvvəlki illərin statistikasına nəzər saldıqda isə bu xəstəlikdən ölənlərin sayında azalma müşahidə olunduğu nəzərə çarpır. Belə ki, 2013-cü ildə 378, 2012-ci ildə 373, 2011-ci ildə 577, 2010-cu ildə isə 709 nəfər vərəmdən dünyasını dəyişib.
Geri dön