Ana Sayfa > Karusel / Maraqlı / M2 > Azərbaycanda mollaların sayına görə bu rayon birincidi

Azərbaycanda mollaların sayına görə bu rayon birincidi


24-12-2017, 13:34. Yazar: Xeberaz

Azərbaycanda mollaların sayına görə Kürdəmir birincidir. 2018-ci ildən mollalar “Mənəvi Dəyərlərin Təbliği Fondu”ndan maaş alacaqlar. Topladığımız məlumata əsasən, bu puldan ən çox Kürdəmir rayonunu alacaq. Ən az isə Xızı, Şəmkir, Sədərək, Naftalan, Göygöl və Daşkəsəndə.
 
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən (QMİ) məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər dövlətdən əmək haqları əldə edəcəklər. QMİ-nin saytında 920 din xadiminin adı qeyd olunub. Onların məlumatlarına əsasən apardığımız analiz göstərir ki, Bakı rayonları ayrı-ayrılıqda mollaların sayına gör ilk yerlərdə deyil. Paytaxtın bütün rayonlarını götürdükdə QMİ-nin 74 rəsmi nümayəndəsi var, halbuki Kürdəmir və Ucar rayonlarının birgə göstəricisi 77-dir.
 
Aşağıdakı görüntüdən istənilən rayonları müqayisə edə bilərsiniz. Sadəcə sağ küncdəki rayon adlarının qarşısına “quş qoymaq” yetərlidir.



Geri dön