Ana Sayfa > Karusel / Gündəm > "Dəmirbank" əmanətləri necə qaytaracaq? - RƏSMİ MƏLUMAT

"Dəmirbank" əmanətləri necə qaytaracaq? - RƏSMİ MƏLUMAT


23-12-2017, 21:02. Yazar: Xeberaz

"Dəmirbank" əmanətləri necə qaytaracaq? - RƏSMİ MƏLUMAT


"Dəmirbank" ASC-nin əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaq.
Bu barədə "Dəmirbank"ın rəsmi Feysbuk səhifəsində məlumat yayılıb.
Qeyd edilir ki, digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra, müvafiq növbəlilik prinsipinə əsasən aparılacaq. Bununla bağlı mütəmadi olaraq bankın rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə məlumat veriləcək.



Geri dön