Ana Sayfa > Karusel / Hadisə > Gəncədə FACİƏVİ OLAY: evində diri-diri yandı

Gəncədə FACİƏVİ OLAY: evində diri-diri yandı


22-12-2017, 18:39. Yazar: Xeberaz

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğın hadisəsi barədə məlumat açıqlayıb.
Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 50 m2 olan birmərtəbəli ikiotaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə, ümumi sahəsi 105 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun yanmış cəsədi aşkar edilib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Geri dön