Ana Sayfa > Karusel / Gündəm > Həftə sonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Həftə sonu güclü külək əsəcək - XƏBƏRDARLIQ


22-12-2017, 13:27. Yazar: Xeberaz


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
 
Departamentdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 22-si axşamdan 24-ü axşamadək hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.  

Azərbaycanın rayonlarında dekabrın 24-də bəzi rayonlarda  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 
Geri dön