Ana Sayfa > Karusel / Gündəm > Yeni il gecəsi Bakıda atəşfəşanlıq olacaq

Yeni il gecəsi Bakıda atəşfəşanlıq olacaq


22-12-2017, 12:50. Yazar: Xeberaz

Bakı Şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabrın 31-də, saat 00.00-da Milli Parkda atəşfəşanlıq təşkil edəcək.
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova deyib.
Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov isə bildirib ki, Bakı Bulvarında iki yerdə yolka quraşdırılıb.
Elmir Bağırovun sözlərinə görə, yolkanın biri Bakı Ağ Şəhər Bulvar ərazisindən keçən hissədə qurulub. Bakının ən hündür yolkasını isə Dövlət Kukla Teatrının arxasında inşa ediblər. Kukla Teatrının arxasında qurulan yolkanın hündürlüyü 35 metrdir.
Geri dön