Ana Sayfa > Karusel / Hadisə / M2 > Suraxanıda bir gecədə 3 avtomobil yandı

Suraxanıda bir gecədə 3 avtomobil yandı


3-07-2015, 10:07. Yazar: Xeberaz
Suraxanıda bir gecədə 3 avtomobil yandı
Gecə saatlarında.

Bu gecə Bakının Suraxanı rayonunda üç avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Xeberaz.az-a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Digər bir halda isə Suraxanı rayonunda vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilin mühərrik hissəsi yanıb.

Üçüncü hadisə də elə Suraxanıda baş verib – rayonun ərazisində vətəndaşa məxsus “PRADO” markalı, minik avtomobilinin mühərrik hissəsi yanıb.

Qeyd edək ki, hər üç hadisə gecə saatlarında baş verib.
Geri dön