Ana Sayfa > Karusel / Gündəm > Bu prospektdə hərəkət məhdudlaşdırılır

Bu prospektdə hərəkət məhdudlaşdırılır


21-12-2017, 16:24. Yazar: Xeberaz

Bu prospektdə hərəkət məhdudlaşdırılır

Babək prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkət qısa müddətlik məhdudlaşdırılır.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məhdudiyyət prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqaməti üzrə təqribən 1 km-lik hissədə tətbiq ediləcək. Həmin istiqamət üzrə hərəkət edən avtonəqliyyat vasitələri müvəqqəti olaraq əks istiqamətə yönəldilir.
“Beləliklə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunur. Bu məqsədlə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədə yerləşən körpüdən enən kimi, avtonəqliyyat vasitələrinin əks istiqamətə çıxaraq hərəkətlərinə davam etməsi üçün yol ayrıcında xüsusi keçid hissə açılıb.
Sürücülərdən sözügedən hissədə diqqətli olmaları xahiş olunur və imkan daxilində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”-deyə,Agentliyin məlumatında qeyd olunur.



Geri dön