Ana Sayfa > Karusel / Gündəm > Fədayə Laçının şikayəti təmin edilmədi

Fədayə Laçının şikayəti təmin edilmədi


21-12-2017, 16:14. Yazar: Xeberaz


Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə qərar elan olunub.
Qərara əsasən, F.Laçının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
F.Laçının vəkili Türkel Süleymanlı jurnalistlərə bildirib ki, müvəkkili məhkəmədə səhhətində problem olduğunu deyib: "Fədayə Laçın saxlanılma şəraitindən şikayətçi deyil. Lakin o, fiziki cəhətdən əziyyət çəkdiyini söylədi".
Vəkilin sözlərinə görə, F.Laçın "Mən bu işdə aldadılmışam", - deyib.
Geri dön