Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > “Qəbələ” səfərdə məğlub oldu video

“Qəbələ” səfərdə məğlub oldu video


3-07-2015, 09:53. Yazar: Xeberaz
“Qəbələ” səfərdə məğlub oldu video
Cavab qarşılaşması bir həftədən sonra keçiriləcək.

Gürcüstanın paytaxtı Tiflisdə “Qəbələ” və “Dinamo” arasında Avropa Liqasının təsnifat mərhələsinin ilk oyunu keçirilib.

Xeberaz.az xəbər verir ki, komandamız 2:1 hesabı ilə məğlub olub.

Oyunda hesabı 65-ci dəqiqədə Cambul Ciquari açıb. 74-də təmsilçilərimiz Cavid Hüseynovun qolu ilə oyunda bərabərlik yaradıb.

Tiflis “Dinamo”suna qələbə qazandıran qolu isə 84-cü dəqiqədə Laşa Papunaşvili vurub.

Qeyd edək ki, meydan sahibləri 51-ci dəqiqədən etibarən azlıqda oynayırdılar. Georgiy Qvelesiani qırmızı vərəqə ilə cəzalandırılmışdır.

Cavab oyunu iyulun 9-da Qəbələdə keçiriləcək.
[media=https://youtu.be/UlvjjohfdhE]
Geri dön