Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > “Neftçi” “Mladost”a qalib gələ bilmədi video

“Neftçi” “Mladost”a qalib gələ bilmədi video


3-07-2015, 09:46. Yazar: Xeberaz
“Neftçi” “Mladost”a qalib gələ bilmədi video
Təmsilçimiz hesabı sona qədər qoruya bilməyib.

Bakıda “Baksell Arena” stadionunda Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində “Neftçi” (Azərbaycan) və “Mladost” (Çernoqoriya) arasında ilk görüş keçirildi.

Xeberaz.az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb.

34-cü dəqiqədə qonaqlar Duşan Laqatorun vurduğu qol sayəsində önə keçiblər. Lakin onların sevinci uzun sürməyib. Cəmi 2 dəqiqə sonra Kamal Qurbanov hesaba tarazlıq gətirib. 55-ci dəqiqədə Araz Avbdullayev “flaqman”ı hesabda irəli çıxarıb. Təssüflər olsun ki, komandamız qələbə hesabını sona qədər qoruya bilməyib. 87-ci dəqiqədə Luka Mirkoviç “Baksell Arena”ya toplaşan azərkeşləri məyus etdi.

“Neftçi” 2:2 “Mladost”.

Cavab qarşılaşması iyulun 9-da Çernoqoriyada keçiriləcək.

Geri dön