Ana Sayfa > Karusel / Araşdırma > Əhalinin sayı 2019-cu ildə 10 milyona çatacaq

Əhalinin sayı 2019-cu ildə 10 milyona çatacaq


20-12-2017, 12:09. Yazar: Xeberaz

Azərbaycan əhalisinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, 2017-ci ilin əvvəlində Azərbaycan əhalisi 9,8 milyon nəfər təşkil edib, noyabrın 1-nə isə 9 883,3 min nəfərə qədər artıb.
Geri dön