Ana Sayfa > Karusel / Şou-Biznes > Utanıram deyim ki, Rəhim qarabağlıdır" - Güneldən sərt cavab

Utanıram deyim ki, Rəhim qarabağlıdır" - Güneldən sərt cavab


19-12-2017, 21:24. Yazar: Xeberaz



Müğənni-bəstəkar Rəhim Rəhimlinin Günel Zeynalova haqda dediyi sözlərə qarşı tərəfdən sərt cavab gəlib.
Rəhim Rəhimli Günelin sənətdə düzgün irəliləmədiyini söyləmişdi.
Günel “ATV maqazin onlarla” verilişində bununla bağlı suala qəribə cavab verib:
“Mən qarabağlıyam... Utanıram deyim ki, o da qarabağlıdır. Başqa heç nə deməyəcəm. Alan aldı”.
Qeyd edək ki, Rəhim Günel haqda “Yaradıcılığı ilə çox maraqlanmıram. Rza Zərrabın mahnısını oxumuşdu, bircə onu xatırlayıram. Bu qıza əsəb oluram. Seçimi hər zaman yanlışdır. Ya mahnısı yanlış olur, ya da klipləri o səviyyədə olmur. “Azar” mahnısı Günel üçün deyildi. Çıxdığı proqramlar da yanlış seçilir. Seda Sayanın verilişinə getmişdi qalmaqal yaşanmışdı. Başqa bir proqramda da xoşagəlməz hal yaşanmışdı” sözlərini demişdi.
Geri dön