Ana Sayfa > Karusel / Hadisə > Bacısının evindən pul və qızıl oğurladı - VİDEO

Bacısının evindən pul və qızıl oğurladı - VİDEO


19-12-2017, 21:16. Yazar: Xeberaz



Evini və uşaqlarını əmanət etdiyi bacısı onun evindən qızıl və 4 min manatdan çox pul oğurlayıb. Polis şirvan sakini olan oğru qadını Bakı da tutub.
Xəbəraz.Az xezerxeber.az-a istinadən bildirir ki, 6 ay əvvəl olan ogurluğun üstü açılıb. Məlum olub ki, ev sahibinin qızıllarını onun bacısı oğurlayıb.
İyun ayında Şirvan sakini Aytac Əmirova mənzilindən 800 manat pul və 3240 manat dəyərində qızıl-zinət əşyaları və məişət avadanlıqlarının oğurlanması barədə polisə məlumat verib. Axtarışlardan sonra həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən ev sahibinin bacısı Aytəkin Əmirova Bakı şəhərində saxlanılıb. O, əməllərini etiraf edib.
Saxlanılan qadının əvvəllər də rəfiqəsinin evindən oğurluq etdiyi məlum olub.
Şirvan polisi Avtomobil oğrusunu da saxlayıb. Səbuhi Həmidov 3 -cü dəfə avtomobil qaçırdıgına görə tutulub. O, deyir ki, sürmə həvəsi olduğundan avtomobilləri qaçırır. Sonra bir kənarda saxlayıb oradan uzaqlaşır. Axırıncı dəfə avtomobili qaçıranda həm də qəza törədib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Geri dön