Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > 11 uşaq doğub futbol komandası quracam" -Yeganə

11 uşaq doğub futbol komandası quracam" -Yeganə


19-12-2017, 15:45. Yazar: Xeberaz


“Üç-dörd uşağım olsa, yanıma salıb gəzdirərdim. Düzdür, bir uşağım var, amma elə bilirəm ki, on uşağa baxıram. Deyirəm, görəsən, çox uşağı olanlar onlara necə baxır? Allah onlara güc versin”.

Bu sözləri müğənni Yeganə Mürsəlova "Şou məkan" verilişində deyib. 

Sənətçi oğlu Ömərdən söz açıb:

“Səhər dərsə gedir, dərsdən gəlir və hazırlıqlara yollanır. Sonra da idmana gedir. Bir də baxır ki, artıq gecə olub, yatırıq. Bax, gün ərzində işlərimiz bundan ibarətdir. Anası işə getmir, heç olmasa, balası getsin.

İlahinin qisməti... Hər zaman istəyirdim ki, böyük ailəm olsun. Çox uşağım olsun. Bəlkə oldu... İstəyim çoxdur, sonsuzdur. Həmişə 11 uşaq istəyirdim. Deyirdim, futbol komandası quracam. Hələ bir qapıçımız var. O da Ömərdir, 10 nəfərimiz yoxdur. Ömər burada məktəbə getdiyinə görə daha çox Azərbaycanda oluruq. Bir də görürsünüz, o nənəsiylə burada qalır, mən qoyub qaçıram”.

Geri dön