Ana Sayfa > Karusel / Hadisə > Abşeronda ana və övladını maşın vurdu, ana öldü

Abşeronda ana və övladını maşın vurdu, ana öldü


19-12-2017, 10:51. Yazar: Xeberaz

Abşeron rayonunda ağır yol qəzası baş verib.
 
APA-nın xəbərinə görə,  “Mercedes” markalı avtomobil şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadını və onun 4 yaşlı övladı Cavadov Salman Ucal oğlunu vurub.
 
Nəticədə S. Cavadov ağır xəsarət alıb. O, 1 Saylı Xəstəxanaya yerləşdirilib.
 
Hadisə zamanı ağır xəsarət almış qadın isə ölüb.
 
Faktla bağlı araşdırma aparılır. 


Geri dön