Ana Sayfa > Karusel / Şou-Biznes > Ərinin birinci arvadı azərbaycanlı aktrisanı məhkəməyə verdi

Ərinin birinci arvadı azərbaycanlı aktrisanı məhkəməyə verdi


19-12-2017, 10:49. Yazar: Xeberaz

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə həyat yoldaşının keçmiş xanımı tərəfindən məhkəməyə verilib.
Aktrisa bu barədə sosial şəbəkədə yazıb.
“Sizi heç sosial şəbəkələrdə fotoşəkil paylaşdığınıza görə məhkəməyə veriblər? Məni, hə, məhkəməyə veriblər. Bilirsiniz, kim? Həyat yoldaşımın keçmiş arvadı! Baxmayaraq ki, qadın həm mənim “Facebook”, həm də “Instagram” səhifəmdə “blok”dadır”.
Mən onunla bağlı heç bir paylaşım etməmişəm. Onun mənə yazdıqlarına rəğmən, bir dəfə də olsun, cavab verməmişəm. Amma məndən şikayəti var. Sən demə, xanımı öz ailə və həyat yoldaşımla paylaşdığım fotoşəkillərlə narahat etmişəm. Bizim günümüz məhkəmələrdə keçir. Allah mənə səbir versin. Biz də onu məhkəməyə verəcəyik və məsələ uzansa, təzminat tələb edəcəyik. Özü də çox böyük məbləğdə. Səbir edirəm, başqa çarə yoxdur”.


Geri dön