Ana Sayfa > Karusel / Gündəm > Bu gündən Babək prospektində təmirə başlanılır

Bu gündən Babək prospektində təmirə başlanılır


18-12-2017, 11:15. Yazar: Xeberaz

Bakı şəhərinin Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq. 
Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir. 
"Sürücülərdən təmir işləri aparılan ərazilərdə diqqətli olmaları və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
Geri dön